Acundan "Fənərbağça"ya "tərs köşə" - Sarı lacivərdlilərin ulduzunu alır
"Fənərbağça"nın braziliyalı futbolçusu Anderson Taliska karyerasını İngiltərədə davam etdirmək istəyir. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, təcrübəli hücumçu "Hull City"dən aldığı təklifi dəyərləndirmək niyyətində olduğunu klub rəhbərliyinə rəsmi şəkildə çatdırıb. Bildirilir ki, futbolçu Acun Ilıcalının sahibi olduğu komandaya keçidə müsbət yanaşır. İddialara əsasən, Taliska ilə İngiltərə təmsilçisi arasında ilkin razılıq əldə olunub. 32 yaşlı oyunçunun "Fənərbağça"da çıxışından razı qaldığı bildirilsə də, o, karyerası üçün yeni çağırışlara açıq olduğunu nümayiş etdirib. Digər tərəfdən, klub prezidenti Aziz Yıldırım və rəhbərlik yeni transferlər üçün maliyyə imkanları yaratmaq məqsədilə yüksək maaş alan futbolçularla yolları ayırmağı planlaşdırır. İllik xalis qazancı 7,5 milyon avro olan Taliskanın mümkün gedişi də bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir. Hazırda "Hall Siti"nin transferlə bağlı atacağı növbəti addımlar diqqətlə izlənilir. Qeyd edək ki, Anderson Taliskanın Səudiyyə Ərəbistanından "Fənərbağça"ya transferində əsas rol oynayan şəxslərdən biri də həmin dövrdə klubda idarəçi kimi fəaliyyət göstərən Acun Ilıcalı olub. Təcrübəli futbolçu "Fənərbağça"nın heyətində bütün turnirlərdə 68 oyuna çıxıb. O, bu görüşlərdə 39 qola imza atıb və 7 məhsuldar ötürmə müəllifi olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin