Deniz Göktaş saxlanıldı
Türkiyəli komediyaçı Deniz Göktaş stand-up çıxışı zamanı səsləndirdiyi fikirlərlə bağlı başladılan istintaq çərçivəsində saxlanılıb. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, xaricdən Türkiyəyə qayıdan komediyaçı İstanbul Hava Limanında pasport nəzarəti zamanı hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Bildirilir ki, İstanbul Baş Prokurorluğu onun sosial şəbəkə hesablarında yayımlanan videoları araşdırdıqdan sonra həmin materiallarda cinayət tərkibinin ola biləcəyini əsas gətirərək istintaq başladıb. Qeyd edək ki, Deniz Göktaşın bir neçə gün əvvəl stand-up proqramında "Qurani-Kərim" və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Dini dəyərləri təhqir etdiyi iddiaları ilə bağlı onun barəsində araşdırma başlanılmışdı. Həmin günlərdə komediyaçının ölkəni tərk etdiyi barədə iddialar yayılsa da, Deniz Göktaş sosial media hesabında paylaşım edərək yalnız istirahət məqsədilə xaricə getdiyini bildirmişdi. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin