Nazilə Səfərli evində filippinli qadın işlədir

Şair Nazilə Səfərli izləyicilər tərəfindən tənqid olunub. Milli.Az xəbər verir ki, buna səəbə isə onun bir aydır ev işlərini filippinli qadına gördürməsi olub. Səfərli tənqidlərə belə cavab verib: "Xoşuma gəlir. Elə bil evdə dili var, ağzı yox bir gəlin var. Üzümə qayıtmır, məni incitmir, sifət etmir, başıaşağı işini görür. Yemək və ya çay istəyəndə gətirir. O qədər arxamca danışdılar, qeybətimi etdilər, əməyimi itirdilər ki, insanlardan qaçıram. Ürəyim istəyəndə yatıram, ürəyim istəyəndə uzanıram. Bundan da utanmıram ki, niyə mən yatıram, o işləyir. Çünki mən də gedib kiminsə qapısında işləyirəm, balasını tərifləyirəm, əziyyətini çəkirəm. İnsan bir yerdən qazanar, bir yerdən də xərcləyər". Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)