Kiyevdə matəm elan edildi

İyulun 3-də Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ölənlərin xatirəsinə matəm günü elan edilib. Milli.Az axar.az -a istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib. Matəm günü paytaxt Kiyevdə dövlət bayraqları endiriləcək, əyləncə xarakterli tədbirlər keçirilməyəcək və həlak olanların xatirəsi ehtiramla yad ediləcək. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)