Həmkarına qələm hədiyyə edərək təəccübləndirdi

Belarus Prezidenti Aleksandr Lukaşenko qonaq kitabını imzaladıqdan sonra İndoneziya lideri Prabovo Subiantoya qələm hədiyyə edib. “ Qafqazinfo” xəbər verir ki, bu haqda “Detik” xəbər portalı məlumat yayıb. “İndoneziya Prezidenti bir anlıq təəccübləndi, sonra gülümsədi və hədiyyəni pencəyinin daxili cibinə qoydu”, - nəşr bildirib. Qeyd edək ki, Lukaşenko İndoneziyaya ötən gün rəsmi səfər edib.