Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın Azeri Light markalı neftinin İtaliyanın Auqusta limanında CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,65 ABŞ dolları və ya 0,9 faiz azalaraq bir barel üçün 71,81 ABŞ dolları təşkil edib. Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında Azeri Light markalı neftinFOB bazasında bir barelinin qiyməti də əvvəlki göstərici ilə müqayisədə 0,66 ABŞ dolları və ya 0,9 faiz azalaraq 69,32 ABŞ dollarına enib. URALSmarkalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,15 ABŞ dolları və ya 2,8 faiz azalaraq bir barel üçün 39,57 ABŞ dolları təşkil edib. Şimal dənizində hasil olunan Dated Brent markalı neftin bir barelinin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,62 ABŞ dolları və ya 0,9 faiz azalaraq 68,17 ABŞ dollarına düşüb. Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)