Bu “Sunami” zərərsizdir, xilas edir... — Fotolar

Venesuelada dağıdıcı zəlzələlərdən sonra axtarış-xilasetmə əməliyyatlarında iştirak edən “Sunami” adlı xilasedici it 30-dan çox insanın dağıntılar altından sağ çıxarılmasına kömək edib. “Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, “border kolli” cinsindən olan dördayaqlı xilaskar kinoloji xilasetmə qrupunun üzvüdür. O, qoxu duyğusu sayəsində dağıntılar altında sağ qalanların yerini müəyyənləşdirərək xilasedicilərə istiqamət verib. “Sunami” əməliyyatlardan birində uçmuş binanın altında qalan 60 yaşlı kişinin yerini dəqiq müəyyən tapıb və həmin şəxs xilas edilib. Doqquz yaşlı “Sunami” daha əvvəl Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələlərdən sonra aparılan axtarış-xilasetmə əməliyyatlarında da iştirak edib. Hazırkı missiyanın onun təqaüdə çıxmazdan əvvəl son böyük əməliyyatı olacağı bildirilir. Onun ölkəsində bir çoxları itin şərəfinə abidə ucaldılması təklif edib.