DÇ-də 1/8 final başlayır

Bu gün dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək. “Qafqazinfo” xəbər verir ki, mərhələnin ilk görüşündə meydan sahiblərindən Kanada Mərakeşlə üz-üzə gələcək. Matç saat 21:00-da başlayacaq. Mərhələnin digər görüşü isə gecə saat 01:00-da baş tutacaq. Fransa Paraqvayla münasibətlərə aydınlıq gətirəcək. DÇ-2026 1/8 final 4 iyul 21:00. Kanada - Mərakeş 5 iyul 01:00. Paraqvay - Fransa