Rəsmi Bakıdan Vaşinqtona təbrik — Foto
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı XİN-in “X” hesabında paylaşım olunub. “Amerika Birləşmiş Ştatları Müstəqillik Gününü qeyd etdiyi və müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda, bu tarixi hadisə münasibətilə Amerika xalqını səmimi qəlbdən təbrik edirik. 4 İyul bayramınız mübarək və bu əlamətdar hadisə münasibətilə Amerika Birləşmiş Ştatları hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq!”, - paylaşımda qeyd olunur.

Şərh verin