Faciəvi şəkildə ölən ata və övladları dəfn olundu - (Foto)

Ötən gün Ağdam ərazisində Xaçınçay su anbarında faciəvi şəkildə ölən ata və övladları dəfn edilib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hər üç ailə üzvü Bərdədə Seyid Yusifli kənd qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, ata-1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlu övladları- 2008-ci il təvəllüdlü İsgəndərov Tunar və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan su anbarında çimərkən boğulmuşdular. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)