Məşhur türk aktyoru vəfat etdi
Türkiyənin tanınmış kino və teatr aktyoru Zihni Göktay 81 yaşında dünyasını dəyişib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin vəfatı ilə bağlı xəbəri oğlu sosial şəbəkə hesabında paylaşaraq ictimaiyyətə çatdırıb. Bildirilib ki, Zihni Göktay müalicə aldığı xəstəxanada həyatını itirib. Məlumata görə, aktyor bir müddət əvvəl öz istəyi ilə qocalar evinə yerləşmişdi. Daha sonra ayağının sınması səbəbindən əməliyyat olunan sənətçi son günlər həkim nəzarəti altında müalicə alırdı. 1945-ci ildə İstanbulda anadan olan Zihni Göktay Türkiyə teatrı, kinosu və dublyaj sənətinin tanınmış simalarından biri idi. O, xüsusilə "Hababam Sınıfı" və "Atla Gel, Şaban" filmlərində canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların sevgisini qazanmışdı. Zihni Göktayın vəfatı sənət cameəsində və pərəstişkarları arasında dərin kədər hissi ilə qarşılanıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin