Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın — Fotosu

İyulun 4-ü paytaxtın Yasamal rayonunda baş verən partlayış da ölən yeniyetmə qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş. “Qafqazinfo” xəbər verir ki, 158 saylı orta məktəbdən məzun olan 2010-cu il təvəllüdlü Zəhra İsrafilova iyulun 5-i ikinci cəhd imtahanında iştirak edəcəkmiş. Qeyd edək ki, hadisə Ümid Əkbərov küçəsində ikimərtəbəli evdə baş verib. Partlayış nəticəsində Z.İsrafilova həlak olub, daha 3 nəfər xəsarət alıb. Hadisənin qaz sızması ndan baş verməsi ehtimal edilir.