Moskvada məktəbdə tikinti konstruksiyaları uçdu, ölənlər var — Foto

Rusiyanın paytaxtı Moskvada orta məktəblərin birində təmir işləri zamanı tikinti konstruksiyaları uçub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 fəhlə həlak olub. Daha 6 nəfərin dağıntılar altında qaldığı bildirilir.