Türkiyədə qəzaya düşən qadından qəribə sözlər: "1 illik siqaret pulumu buna xərclədim" - (Video)
Türkiyədə baş verən yol-nəqliyyat hadisəsindən sonra bir qadının səsləndirdiyi sözlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, qəza nəticəsində avtomobilinə ciddi ziyan dəyən qadın hadisənin şokunu yaşayarkən emosiyalarını gizlədə bilməyib. O, yüksək səslə avtomobilinə bir illik siqaretə xərclədiyi pulu sərf etdiyini deyərək diqqət çəkib. Qadının həmin anlar lentə alınaraq sosial şəbəkələrdə paylaşılması qısa zamanda viral olub. Onun reaksiyası və söylədiyi sözlər istifadəçilər arasında fərqli rəylər doğurub. Bəzi izləyicilər qadının gərgin anlarda verdiyi reaksiyanı anlayışla qarşılasa da, digərləri onun ifadələrini maraqlı və qeyri-adi hesab edərək görüntüləri geniş şəkildə paylaşıblar. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin