Türkiyədə sərnişin avtobusu aşdı — 41 yaralı

Türkiyənin Kırıkkale vilayətində sərnişin avtobusunun aşması nəticəsində 41 nəfər xəsarət alıb. “Qafqazinfo”nun TRT-yə istinadən xəbərinə görə, qəza Tekirdağdan Kayseriyə hərəkət edən sərnişin avtobusunun Kaman-Ankara avtomobil yolunda, Karakeçili Dövlət Xəstəxanası yaxınlığında idarəetmədən çıxaraq aşması nəticəsində baş verib. Hadisə yerinə AFAD, yanğınsöndürmə, təcili tibbi yardım, polis və jandarma əməkdaşları cəlb olunub. Qəza zamanı 38 sərnişin, 2 sürücü və 1 bələdçi olmaqla ümumilikdə 41 nəfər yaralanıb. Yaralılar təcili yardım briqadaları tərəfindən ətrafdakı xəstəxanalara çatdırılıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. Qəzadan sonra avtobusun sürücüsü saxlanılıb. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.