“Sanki Haaland parik taxıb” — Viral oldular- Video
İsveçli kontent yaradıcısı Julia Grop futbolçu Erlinq Haalandın yerişini təqlid etməsilə bir neçə gündür gündəmdədir. “Qafqazinfo” xəbər verir ki, istifadəçilər onun simasını, saçını, xüsusilə mimikalarını Erlinq Haalanda bənzədiblər. Belə ki, o, “Haaland walk” (Haaland yerişi) videosunu çəkməklə tanınıb. Sözügedən video cəmi bir neçə gün ərzində 80 milyondan çox baxış toplayıb. Daha sonra ardıcıl videoları ilə 100 milyondan çox izlənməyə çatıb. Bundan sonra isə model Anastasia Kostromitina da Haalandın jest və mimikalarını təqlid edərək video çəkib. İstifadəçilər onun paylaşımına isə “Haalandın qadın versiyasıdır”, “sanki Haaland parik taxıb”, “ilk baxışda bunun qız olduğuna inanmadım” kimi rəylər yazıblar. Qeyd edək ki, ötən gün Norveç milli komandası dünya çempionatının 1/8 finalında Braziliya üzərində 2:1 hesablı qələbə qazanıb. Sözügedən matçda Erlinq Haaland dubl edib. Həmin viral olan videoları təqdim edirik:

Şərh verin