Daha bir yeniyetmə dənizdə batdı

Dünən axşam FHN-in “112” qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. “Qafqazinfo” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb. Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək. Qeyd edək ki, dünən Mərdəkanda gənc bacı-qardaş da dənizdə boğularaq ölüb. Onlardan birinin meyiti sudan çıxarılsa da, digərinin axtarışı davam etdirilir.