Nyu-York küçələri su altında qaldı — Video

Güclü yağışlar Nyu-Yorkun bəzi rayonlarını su altında qoyub. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə Bruklin və Kuins rayonları ciddi zərər görüb. Hava şəraitinə görə Nyu-York aeroportlarında yüzlərlə reys gecikib və ya ləğv edilib. Şəhərin meri Zöhran Mamdani sakinləri daşqın təhlükəsi barədə xəbərdar edib.