Portuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu

Portuqaliya millisinin baş məşqçi postuna Jorji Jezuşun təyin olunacağı bildirilir. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 71 yaşlı portuqaliyalı mütəxəssis Portuqaliya Futbol Federasiyası ilə ilkin razılıq əldə edib. Tərəflər arasında imzalanacaq müqavilənin AVRO-2028 və Portuqaliyanın İspaniya və Mərakeşlə birlikdə ev sahibliyi edəcəyi DÇ-2030un sonunadək qüvvədə olacağı gözlənilir. Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrıldıqdan sonra azad agent statusunda olan Jorji Jezuşun, Portuqaliya nümayəndə heyəti ABŞ-dən geri döndükdən sonra federasiya prezidenti ilə görüşərək müqaviləyə rəsmən imza atacağı bildirilir. Xatırladaq ki, Portuqaliya millisi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində İspaniya yığmasına 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Bundan sonra baş məşqçi Roberto Martines vəzifəsindən ayrıldığını açıqlamışdı. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)