Generala yüksək vəzifə verildi

Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib. Milli.Az "Bakupost"a istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə müvafiq sərəncamla Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)