Gəncədə 23 yaşlı qızın meyiti tapıldı
Gəncədə 23 yaşlı qızın yaşadığı evdə meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü S.Sadıqovanın yaşadığı evdə cansız bədəni aşkarlanıb. Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Yunis Quliyev

Şərh verin