İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb. Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin