Çində güclü zəlzələlər oldu
Çin seysmoloqları ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində 5 maqnitudalı zəlzələ qeydə alıblar. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri İbin şəhər dairəsinin Qao qəzasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib. Əhalisinin sayı 4.6 milyondan çox olan İbin dairəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat daxil olmayıb. Bir müddət sonra mərkəz eyni qəzada yenidən 5 maqnitudalı ikinci zəlzələnin baş verdiyini açıqlayıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin