Cokoviçdən Uimbldonda tarixi rekord
Serbiyalı tennisçi Novak Cokoviç Böyük Dəbilqə turnirləri tarixində daha bir rekordun müəllifi olub. Milli.Az xəbər verir ki, təcrübəli tennisçi bu göstəriciyə Uimbldon turnirinin 1/4 final mərhələsində kanadalı Feliks Oje-Alyassimlə qarşılaşma zamanı nail olub. Həmin görüş Novak Cokoviçin karyerasında Böyük Dəbilqə turnirlərində qalibin beşinci setdə müəyyənləşdiyi 50-ci matç kimi tarixə düşüb. Bununla da serbiyalı idmançı bu göstəricidə Stan Vavrinkanı geridə qoyaraq rekordun yeganə sahibi olub. Beləliklə, Novak Cokoviç növbəti tarixi nailiyyəti ilə tennis salnaməsinə adını bir daha yazdırmağı bacarıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin