Niyama hədiyyə olunan ev saxta çıxdı
Müğənni Niyam Salami maraqlı etirafı ilə diqqət çəkib. Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə Xəzər TV-yə açıqlamasında danışıb. O bildirib ki, ona ev hədiyyə edilsə də, sonradan bunun həqiqətə uyğun olmadığı üzə çıxıb: "Bir adam mənə hədiyyə olaraq ev verdi. Sənədlərə də qol çəkdirdilər. Sonra ortaya çıxdı ki, hər şey saxta imiş. Həmin şəxs restoran müdiri idi. Ad günümdə böyük səs-küylə, təmtəraqla guya mənə ev hədiyyə etdi. Amma sonradan məlum oldu ki, sənədlər saxtadır". Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin