Kuryerlik edib qardaşını oxutdu - Kövrək anlar - (Video)

Kuryer kimi çalışaraq qardaşının təhsil xərclərini qarşılayan gəncin həyat hekayəsi sosial şəbəkələrdə böyük maraq doğurub. Milli.Az xəbər verir ki, onun gündəlik zəhmətini və ailəsinə göstərdiyi dəstəyi əks etdirən görüntülər qısa zamanda geniş yayılaraq minlərlə insanın rəğbətini qazanıb. Paylaşımlar izləyicilər arasında emosional anlar yaşadıb. Bir çox sosial media istifadəçisi gəncin fədakarlığını zəhmətkeşliyin, qardaş sevgisinin və ailə dəyərlərinə bağlılığın parlaq nümunəsi kimi qiymətləndirib. Görüntülər altında yazılan çoxsaylı şərhlərdə istifadəçilər gəncə uğurlar arzulayıb, onun əzmkarlığının və məsuliyyət hissinin təqdirəlayiq olduğunu vurğulayıblar. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)