İstanbul Hava Limanında azərbaycanlı qadının ət məhsulları müsadirə olundu - (Video)

İstanbul Hava Limanında gömrük əməkdaşlarının keçirdiyi yoxlama zamanı Azərbaycan vətəndaşı olan qadın sərnişinin baqajında normadan artıq miqdarda ət məhsulları aşkarlanıb. Milli.Az xəbər verir ki, məlumata görə, gömrük nəzarəti zamanı müəyyən edilib ki, sərnişinin özü ilə gətirdiyi ət məhsulları ölkəyə idxal üçün müəyyən edilmiş qaydalara uyğun deyil. Gömrük qanunvericiliyinə əsasən, həmin məhsulların Türkiyə ərazisinə gətirilməsinə icazə verilmədiyi üçün onlar müsadirə olunub. Hadisə ilə bağlı müvafiq prosedurlar həyata keçirilib. Gömrük orqanları sərnişinlərə ölkəyə ərzaq məhsulları gətirərkən qüvvədə olan qaydalarla əvvəlcədən tanış olmağı tövsiyə edirlər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)