"Qarabağ" Avropa Liqasındakı mübarizəsinə bu gün başlayır
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Azərbaycanın təmsilçisi "Qarabağ" ilk oyununa çıxacaq. Milli.Az xəbər verir ki, Ağdam klubu doğma meydanda İslandiya təmsilçisi "Vestri" ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək. Oyunu Moldovadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını Roman Jitari yerinə yetirəcək. Ona Vlad Lifçiu və Vadim Vikol yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim isə Andrey Brequta olacaq. VAR sisteminə Luka Cibelli, AVAR-a isə Anojen Kanaqasinqam cavabdehlik daşıyacaq. Komandalar arasında cavab görüşü İslandiyanın paytaxtı Reykyavikdə yerləşən "Valbjarnarvöllur" stadionunda keçiriləcək. Həmin qarşılaşma Bakı vaxtı ilə iyulun 17-də saat 00:00-da başlayacaq. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin