Bakıda yük maşını "zapravka"ya çırpıldı: Yaralananlar var - (Foto)

Bakının Nizami rayonunda yanacaqdoldurma məntəqəsində qəza baş verib. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, hadisə saat 04:00 radələrində Mehdi Abbasov küçəsində qeydə alınıb. SOCAR-a məxsus yanacaq daşıyan yük avtomobili və "KIA" markalı minik avtomobili idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub. İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar var. Faktla bağlı araşdırma aparılır. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)