"Mbappe"ni Paraqvayda yandırdılar - (Foto)
Paraqvayda keçirilən ənənəvi San-Xuan bayram şənliyində Fransanın futbol üzrə millisinin kapitanı Kilian Mbappenin müqəvvası yandırılıb. Milli.Az report -a istinadən xəbər verir ki, məşhur ənənəyə uyğun olaraq, futbolçunun fiquru həmin il "ən bezdirici" hesab olunan şəxsi simvolizə etmək üçün seçilib. Mərasim izdihamın qışqırıqları ilə müşayiət olunub. Daha əvvəl paraqvaylı siyasətçi Seleste Amarilla Mbappeni 2026-cı ilin dünya çempionatının 1/8 final matçından sonra Paraqvayın qapıçısı Orlando Xilyonun əlini sıxmadığına görə sərt tənqid edib. Fransalı hücumçu daha sonra onun ifadəsinə cavab verib. Bundan sonra Amarilla braziliyalı Ronaldinyo ilə baş verən hadisəni əsas gətirərək futbolçunu həbs cəzası ilə hədələyib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin