“Kapital Bank” istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin

Ölkənin birinci bankı vəsaitini dəyərləndirmək istəyənlər üçün yeni investisiya imkanı yaradır. “Kapital Bank” fond bazarına ümumi həcmi 100 milyon manat olan istiqraz proqramının ilk 50 milyon manatlıq tranşını təqdim edir. İllik 10% gəlirlilik, aylıq faiz ödənişi və 100 manatdan başlayan investisiya imkanı verən istiqrazlar həm təcrübəli investorlar, həm də investisiyaya ilk dəfə başlamaq istəyənlər üçün uğurlu seçimdir. “Kapital Bank” istiqrazlarına abunə yazılışı 1 avqust 2026-cı il tarixinədək davam edəcək. İstiqrazın müddəti 1 il təşkil edir. İstiqrazlara “Birbank Invest” tətbiqi vasitəsilə bir neçə addımda tam rəqəmsal şəkildə abunə yazılmaq mümkündür. Bunun üçün tətbiqin “İnvestisiya” bölməsində yerləşən “Yerli bazar” bannerini seçmək kifayətdir. “Birbank Invest” tətbiqini yükləmək üçün: https://www.b-b.az/PPhZ8q Rəqəmsal kanallarla yanaşı bütün “Kapital Bank”/“Birbank” filiallarında da istiqrazlara abunə yazılmaq olar. Abunə yazılışı üçün minimum və maksimum alış limiti yoxdur. Sifarişlərin icrası zamanı ilk növbədə fiziki şəxslərin sifarişlərinə üstünlük verilir. Filiallarda sifariş zamanı fiziki şəxslər üçün bütün komissiya xərcləri bank tərəfindən qarşılanır. Ətraflı məlumat: https://www.b-b.az/gEn4Ac Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün sayta , 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kart sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.