Prezident İlham Əliyev Gürcüstanla bağlı sazişi təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş"in təsdiq edilməsi ilə bağlı Fərmanı imzalayıb. Milli.Az xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub. Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)