Bahalı maşınını aşıran oğluna atanın sözləri diqqət çəkdi - (Video)

Türkiyədə qırmızı işıqda hərəkət qaydasını pozaraq yol-nəqliyyat hadisəsinə səbəb olan gənc yaşadığı hadisədən sonra atasının dəstəyi ilə gündəmə gəlib. Milli.Az xəbər verir ki, qəzanın ardından oğlunun yanında olan ata səsləndirdiyi sözlərlə sosial şəbəkələrdə böyük rəğbət qazanıb. O bildirib ki, hadisədə ən sevindirici məqam insanların xəsarət almamasıdır: "Cana yox, mala ziyan dəyib, buna şükür. Ən önəmlisi qarşı tərəfdən xəsarət alan yoxdur. Malın yeri dolar, amma canın yeri dolmaz. Qoy ürəklər yox, maşınlar sınsın". Atanın bu yanaşması qısa zamanda sosial mediada geniş yayılıb. Bir çox istifadəçi onun hadisəyə soyuqqanlı və humanist münasibətini təqdir edərək, insan həyatının hər şeydən üstün olduğunu vurğulayıb. Digərləri isə valideynin oğluna verdiyi mənəvi dəstəyin nümunəvi davranış olduğunu qeyd ediblər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)