Biləsuvar və Masallı sakinlərinin NƏZƏRİNƏ: Sabah qaz kəsiləcək

İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilə yaranacaq. Milli.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, buna səbəb təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir. Məlumata görə, sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərabad və Masallı rayonunun Bədəlan kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)