Britaniya “Zəngəzur” gəmisinin sanksiyasını ləğv etdi

Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniya hökuməti 7 iyul tarixində məlumat yayıb. Qeyd olunub ki, sözügedən gəmi “Ukraynada sabitliyin pozulmasına, o cümlədən bu ölkənin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə təhdidə yardım etmə, həmçinin Rusiya hökumətinə gəlir əldə etməkdə köməklik göstərmə” ittihamları ilə sanksiya siyahısına daxil edilmişdi. Xatırladaq ki, “Zəngəzur” gəmisi Azərbaycana məxsus digər 4 gəmi - “Qarabağ”, “Xankəndi”, “Şuşa” və “Zaqatala” ilə birlikdə aprelin 24-ü Avropa İttifaqının (Aİ) da sanksiya siyahısından çıxarılmışdı .