Rəqsanənin konsertində maraqlı evlilik təklifi - (Video)

Müğənni Rəqsanə İsmayılovanın iyunun 30-da Sumqayıtda keçirilən xalq konsertində duyğusal anlar yaşanıb. Milli.Az xəbər verir ki, konsert zamanı Sumqayıt sakini olan bir gənc səhnəyə çıxaraq sevdiyi qıza yüzlərlə tamaşaçının qarşısında evlilik təklifi edib. Gənc qızın "hə" cavabı alqışlarla qarşılanıb və meydanda xoş ovqat yaranıb. Bu gözlənilməz hadisənin şahidi olan Rəqsanə İsmayılova cütlüyü təbrik edərək onlara xoşbəxtlik arzulayıb. Sənətçi, həmçinin onların toy mərasimi keçiriləcəyi təqdirdə mütləq qonaq kimi iştirak edəcəyinə söz verib. Səhnədə yaşanan romantik anlar tədbir iştirakçılarının böyük marağına səbəb olub, görüntülər isə sosial şəbəkələrdə geniş yayılaraq müzakirələr yaradıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)