"İranın bir zərbəsinə 20 zərbə ilə cavab verəcəyik"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İrandan gələn hər hansı bir hücuma cavab olaraq 20 dəfə zərbə endirməyə hazırdır. Milli.Az musavat.com-a istinadən bildirir ki, o, Türkiyədə keçirilən NATO sammitindən sonra təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb: "Biz onlara (İrana-red.) sərt zərbə endirdik. Bu, dünən gecə etdiklərinə görə qisas idi. Onlar üç gəmiyə hücum etdilər. Əgər onlar bizə 1 dəfə zərbə endirsələr, biz də onlara 20 dəfə zərbə endirəcəyik". Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)