"Fənərbağça"dan transfer "bombası": 50 milyona ulduz futbolçu aldı, 10 milyon maaş alacaq

Türkiyənin "Fənərbağça" klubu İngiltərə futbolunun tanınmış simalarından Mason Qrinvud transferini yekunlaşdırr. Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul təmsilçisi futbolçu ilə şəxsi müqavilənin bütün şərtləri üzrə razılıq əldə edib. Tərəflərin illik 10 milyon avro əməkhaqqı və əlavə uğur bonuslarını əhatə edən razılaşma əldə etdiyi bildirilir. Hazırda "Fənərbağça" ilə "Olimpik Marsel" arasında transferin maliyyə detalları üzrə son danışıqlar aparılır. Bonuslarla birlikdə transferin ümumi dəyərinin 50 milyon avroya yaxın olacağı qeyd edilir. Klub eyni zamanda "Mançester Yunayted"in növbəti satışdan əldə edəcəyi 40 faizlik payla bağlı məsələləri də həll etməyə çalışır. Bildirilir ki, Fransa klubu ilə yekun razılıq əldə olunduqdan sonra Mason Qrinvud "Fənərbağça" ilə 1 il uzadılma şərti olan 4 illik müqaviləyə imza atacaq. Transfer hazırlıqları çərçivəsində İstanbul klubunun futbolçu üçün Beykoz bölgəsində yaşayacağı evi də artıq müəyyənləşdirdiyi və bununla bağlı müqavilənin bu gün rəsmiləşdirildiyi vurğulanır. Tərəflər arasında danışıqların son mərhələyə çatdığı bildirilir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)