“Sabah” “Turan Tovuz”u xalsız yola saldı

Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilir. “Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün sonuncu oyunu “Sabah”la “Turan Tovuz” arasında baş tutub. Paytaxt təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib. Premyer Liqa 5-ci tur 20 sentyabr “Sabah” – “Turan Tovuz” 2:0 Qollar: Velko Simiç, 56. Pavol Şafranko, 90+7-pen. Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov. “Bank Respublika Arena”.