Mirzə Mirimli vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Mirzə Mirimli vəfat edib. Milli.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, şair bir müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirdi. Mirzə Mirimlinin vəfat xəbəri ədəbi ictimaiyyət və onu sevənlər arasında dərin kədər hissi ilə qarşılanıb. Sosial şəbəkələrdə mərhumun xatirəsi yad edilir, onun ailəsinə və yaxınlarına başsağlığı mesajları ünvanlanır. Qeyd edək ki, Mirzə Mirimli Azərbaycan Yazıçılar Birliyinin üzvü idi və yaradıcılığı ilə Azərbaycan poeziyasında özünəməxsus yer tuturdu. Allah rəhmət eləsin. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)