Netanyahunun oğlu adını dəyişdi

İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu rəsmi adını dəyişərək Yonatan Hon edib. Milli.Az axar.az -a istinadən bildirir ki, bu barədə "Haaretz" məlumat yayıb. Məlumata görə, Netanyahu ailəsində soyad dəyişikliyi ilk dəfə baş vermir. Yair Netanyahunun babası Benzion Netanyahu 1920-ci illərdə Britaniya mandatı dövründə Fələstinə köçdükdən sonra ailənin soyadını Mileykovskidən Netanyahuya dəyişib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)