Bakıda məktəbin həyətində bıçaqlanma — Yenilənib

Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bıçaqlanma olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”ya bildirilib ki, ötən gün saat 23:50 radələrində 2004-cü il təvəllüdlü şəxs (kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. “Döş qəfəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir”, - məlumatda qeyd olunub. Teleqraf-ın məlumatına görə, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır. *** Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Rayon Polis İdarəsində araşdırmalar aparılır.