ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi

ABŞ Maliyyə Nazirliyi Hörmüz boğazında artan gərginlik fonunda İrana qarşı yeni sanksiyalar tətbiq edib. Millli.Az xəbər verir ki, sanksiyalar iranlı maliyyəçi Əli Ənsari və bir neçə valyutadəyişmə məntəqəsini əhatə edir. Vaşinqton Ənsarini dövlət vəsaitlərini mənimsəyərək həmin pullardan İran rəhbərliyinin maraqları naminə xaricdə istifadə etməkdə ittiham edir. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)