Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım — Video

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşünə dair paylaşım edilib. “Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir: “Sizə cansağlığı arzulayıram ki, xoşbəxt yaşayasınız. Dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiniz, vətənpərvərlik ruhunda. Azərbaycan xalqına, dövlətinə ürəklərində sevgi ilə böyüsünlər. Lazım olanda, - inanıram ki, daha lazım olmayacaq, - amma lazım olanda hamı bilməlidir ki, “Dəmir yumruq” yerindədir və yerində olacaq. (Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüş)”.