24 yaşlı gənc suda boğuldu
Mingəçevirdə bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, Tərtər sakini, 24 yaşlı Rəşad Çərkəzli Mingəçevir su anbarının ərazisində yerləşən çimərlikdə çimərkən suda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Şərh verin