Bəndər-Abbasın şərqində dörd partlayış baş verib

İranın Bəndər-Abbas şəhərinin şərq hissəsində dörd partlayış baş verib. Milli.Az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Fars agentliyinin məlumatına görə isə, Çabahar, Larak və Konarak rayonlarına raket və aviazərbələr endirilib. Qeyd olunub ki, Bəndər-Abbas şəhərində hava hücumundan müdafiə sistemləri də aktivləşdirilib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)