Neft qiymətləri bahalaşdı
Dünya bazarında etalon neft markalarının qiymətində artım qeydə alınıb. Milli.Az xəbər verir ki, ICE London birjasında 2026-cı ilin sentyabr ayı üzrə Brent markalı neftin fyuçers müqavilələrinin qiyməti 1,74 faiz artaraq bir barel üçün 84,75 ABŞ dollarına yüksəlib. Eyni zamanda, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2026-cı ilin avqust ayı üzrə WTI markalı neftin fyuçersləri də bahalaşıb. Belə ki, bu markanın bir barelinin qiyməti 1,93 faiz artaraq 79,65 ABŞ dolları təşkil edib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin