Qubada çayda çimən 11 yaşlı uşaq boğularaq həyatını itirdi

Quba rayonunda 11 yaşlı uşaq çayda boğularaq həyatını itirib. Milli.Az-ın Report -a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qəçrəş kəndi ərazisindən keçən Qudyal çayında baş verib. Bildirilib ki, 2015-ci il təvəllüdlü Xəyyam Tərlan oğlu Məmmədov çayda çimərkən boğulub. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)