11 yaşlı uşaq Qudyalçayda batdı

Ötən gün Qubada 11 yaşlı uşaq çayda batıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qəçrəş kəndində baş verib. Qudyalçayının kənddən keçən hissəsində çimən Xəyyam Tərlan oğlu Məmmədov boğulub.