Mingeçevirdə çimərlikdə ölən Rəşadın görüntüsü - (Video)
Xəbər verdiyimiz kimi, Mingəçevir su anbarının ərazisində yerləşən çimərlikdə baş verən faciə nəticəsində Tərtər sakini, 24 yaşlı Rəşad Çərkəzli boğularaq həyatını itirib. Milli.Az xəbər verir ki, hadisədən sonra gəncin sağlığında lentə alınmış görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda Rəşad Çərkəzlinin avtomobildə sükan arxasında dostları ilə birlikdə səmimi və əyləncəli anlar yaşadığı əks olunub. Qısa zamanda yayılan video izləyiciləri kövrəldib. Sosial şəbəkə istifadəçiləri paylaşımın altına mərhumun ailəsinə və yaxınlarına başsağlığı mesajları yazaraq, ona Allahdan rəhmət diləyiblər. Milli.Az həmin görüntüləri oxucularına təqdim edir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin